“Qalatasaray” “Sivasspor”la bacarmayıb

  • By admin
  • 08 Mart 2020 22:15

Türkiyə Super Liqasında XXV tur davam edir.

Gununsesiaz.info-nun məlumatına görə, bu gün turun üç oyunu keçirilib.

Liderlər qrupunda yer alan “Sivasspor” və “Qalatasaray”ın dueli daha çox maraq kəsb edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

“Alanyaspor” turu xal itkisi ilə başa vurub. Avrokuboklara vəsiqəyə iddialı komanda “Rizəspor”la səfər matçında heç-heçə ilə kifayətlənib.

Autsayderlər qrupunda yer alan rəqiblərin duelində 6 qol vurulub. “Kasımpaşa” günün ən məhsuldar oyununda “Kayserispor”u darmadağın edib.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

Türkiyə Super Liqası
XXV tur
8 mart
“Rizəspor” – “Alanyaspor” – 1:1

Samudio, 61 – Bammu, 35
“Kasımpaşa” – “Kayserispor” – 5:1
Koyta, 6, Şarliya, 11, Ndonqala, 30, Kara, 83, Erdoğan, 87 – Mensa, 59
“Sivasspor” – “Qalatasaray” – 2:2
Arslan, 7, Kılınc, 59 – Falkao, 14, Fequli, 37

1. Başakşəhər 25 15 7 3 49:24 52
2. Trabzonspor 24 14 7 3 55:26 49
3. Qalatasaray 25 14 7 4 44:20 49
4. Sivasspor 25 14 7 4 47:28 49
5. Beşiktaş 25 13 4 8 40:32 43
7. Fənərbaxça 25 11 7 7 46:33 40
6. Alanyaspor 25 11 7 7 43:25 40
8. Göztəpə 24 9 7 8 29:28 34
9. Qaziantep 25 8 8 9 36:40 32
10. Dənizlispor 25 7 7 11 25:34 28
11. Gənclərbirliyi 24 7 6 11 32:42 27
12. Antalyaspor 24 6 8 10 27:42 26
13. Y.Malatyaspor 24 6 7 11 36:35 25
14. Rizəspor 24 7 4 13 25:40 25
15. Konyaspor 25 4 11 10 20:33 23
16. Kasımpaşa 25 6 5 14 36:50 23
17. Ankaragücü 25 4 8 13 21:44 20
18. Kayserispor 25 4 7 14 26:61 19

 

 

 

Gununsesiaz.info