“Qalatasaray” futbol klubu Azərbaycan xalqını təbrik edib

  • By admin
  • 28 May 2020 16:47

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib.

Gununsesi.org xəbər verir ki, apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: “Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!”.

Qeyd edək ki, Türkiyənin digər klubu “Çaykur Rizəspor” da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb.

Gununsesi.org