“Qalatasaray” Arda Turanı istəmir

  • By admin
  • 24 Yanvar 2020 19:38

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Arda Turanın transfer ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, o, açıqlamasında futbolçunun xidmətində maraqlı olmadıqlarını qeyd edib.

“Sevgili camiəmizə ifadə edirəm ki, bu qardaşımız transfer planlarımıza daxil deyil. Bunu söyləməkdən bezmişəm. Bu mövzunun qapanmasını istəyirəm”, – deyə o, bildirib.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan bir müddət əvvəl icarə əsasında çıxış etdiyi “Başakşehir”i tərk edib.

 

 

Gununsesi.org