Qahirədə yol qəzası: 10 nəfər can verdi

  • By admin
  • 24 Fevral 2020 12:55

Bu gün Misirin paytaxtı Qahirədə ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesiaz.info məlumat verir ki, APA-nın “Al Ahram” qəzetinə istinadən verdiyi xəbərə görə, yol qəzası Qahirə beynəlxalq aeroportunun yaxınlığında qeydə alınıb.

Sərninişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yük maşınının sürücüsü saxlanılıb.

Gununsesiaz.info