Qafqaz Universitetinə gözlənilməz təyinat

  • By admin
  • 01 Sentyabr 2016 17:53

haver

Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.

H. Məmmədov faktı təsdiqləyərək bildirib ki, o bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib.

Xatırladaq ki, Qafqaz Universiteti Azərbaycanda rüşvət və korrupsiyaya qurşanmayan, bu məsələlərdə adı hallanmayan tək-tük ali məktəblərdəndir.

Yeni rektor H.Məmmədov isə Azərbaycanda ən çox rüşvət və korrupsiyada adı hallanan Azərbaycan Texniki Universitetə rəhbərlik edib. Onu da qeyd edək ki, H.Məmmədov 2000-ci ildən son təyinatına kimi adıçəkilən universitetdə rektor vəzifəsini daşıyıb.

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.

Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.

Gununsesi.info