Qafqaz Universiteti müəllimlərinin taleyi necə oldu?

  • By admin
  • 02 Avqust 2016 16:21

qafqaz

 

“Qafqaz Universitetindən hələ ki, heç bir müəllim və işçi vəzifəsindən azad olunmayıb”

Bu barədə Gununsesi.info-ya Qafqaz Universitetindən məlumat verilib.

 

Bildirilib ki, sonuncu dəfə Elmar Qasımovun universitetə rektor təyin olunmasından sonra hələ ki, Qafqaz Universitetində heç bir kadr dəyişikliyi olunmayıb.

 

Verilən məlumatda qeyd olunub ki, universitet rəhbərliyi dəyişəndən bu günə qədər heç kim işindən çıxarılmayıb.

 

Xatırladaq ki, iyulun 20-də təsisçinin – SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Köhnə rektor Ahmet Sanıçın yerinə Elmar Qasımov təyin olunub.

 

Gununsesi.info