Qadının liftdə etdikləri görənləri şoka saldı – ANBAAN VİDEO

  • By admin
  • 16 İyun 2020 13:37

Liftdə qadının uşağı qəddar şəkildə döyməsi ilə bağlı görüntülər görənləri şoka salıb.

Gununsesi.org oxu.az-a istinadən bildirir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərində qeydə alınıb.

Kadrları polisə həmin binanın sakinlər şurasının sədri təqdim edib. Onun sözlərinə görə, qadın həmin binada yaşamır.

Lakin video sosial şəbəkələrdə yayıldıqdan sonra kafelərdən birinin işçisi zəng edərək, qadının onlarla işlədiyini deyib və əlaqə nömrəsini verib.

Maraqlıdır ki, polis həmin qadına zəng edəndə, o, heç təəccüblənməyib. O, sakit şəkilldə bildirib ki, ancaq çağırış vərəqəsi gələcəyi təqdirdə polislərlə danışacaq.


Gununsesi.org