Qadını müdafiə etmək istədi, başından bıçaqlandı - FOTOLAR / VİDEO

  • By admin
  • 24 İyun 2020 15:05

Başında bıçaq olan kişi üst-başı qanlı halda təcili tibbi yardım maşınına yaxınlaşaraq, kömək istəyib.

Gununsesi.org-un “Daily Mail”ə istinadla verdiyi məlumata görə, bununla bağlı yayımlanan kadrlar sosial şəbəkələrdə virus kimi yayılıb.

Məlumata görə, hadisə Nyu-Yorkda yaşanıb. 36 yaşlı kişi bir qadının qarətçilərin hücumuna məruz qaldığını görərək, ona kömək etmək istəyib. Nəticədə, quldurlardan biri bıçağı onun başına sancıb.

Kişi xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı deyilir.

Polis qarətçilərin axtarışına başlayıb.

Gununsesi.org