Qadına azadlıq vermək olmaz, qadın pisdirsə başı kəsilməlidir - NADİR QAFARZADƏ

  • By admin
  • 25 Avqust 2019 09:39

Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi ölkədə böyük rezonans yaradıb.

Gununsesi.org xəbər verir ki, dövlət rəsmiləri də daxil olmaqla, sənət adamları, futbol klubları və sadə əhali olaya etirazını bildirib və bunu sosial şəbəkədə ictimailəşdirib.

BAKU.WS məsələyə münasibət bildirmək üçün tanınmış müğənni Nadir Qafarzadə ilə əlaqə saxlayıb. Müğənni sayta açıqlamasında qadını öldürən kişi barəsində özünəməxsus fikir bildirib:

“Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. Mən inanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”.

Müğənni həmçinin vurğulayıb ki, qadına azadlıq çərçivə daxilində verilməlidir.

“İndi zaman o qədər pisləşib ki, insanlar öz qeyrətsziliklərini boynuna alıblar. Ər arvadını, qardaş bacısını və oğul anasını aparır ki, təki pul qazansın. Biz azadlığı pozğunluq və əxlaqsızlıqla səhv salmışıq. Azadlıq əsl kişilik, mərdlik və qadınlıqdır.

Bir çoxları elə düşünür ki, azadlıq elə özünü açıb-tökmək, istədiyini etməkdir. Belə bir misal da var ki, 40 il boyunduruq altında yaşamqdansa, bir gün kişi yaşamaq lazımdır. Amma qadına tam azadlıq vermək də olmaz. Qadın üçün çərçivə olmalıdır”.

Gununsesi.org