Qadın sevgilisini küçənin ortasında döydü — Oğlan polisin arxasında gizləndi (VİDEO)

  • By admin
  • 07 Mart 2020 11:45

Türkiyənin Antaliya şəhərində qadının sevgilisini döymə görüntüləri təhlükəsizlik kamerasına düşüb. 
Gununsesi.org xəbər verir ki, insident Muradpaşa rayonunda qeydə alınıb.
Kadrlarda, 20-25 yaşlarındakı bir qadın bilinməyən səbəblərdən yanındakı sevgilisi ilə mübahisə etdiyi, əvvəlcə əlindəki çanta ilə oğlanı vurduğu və ardınca da şillələyərək yumruq atdığı görülür.
Oğlanın geriyə çəkilməsi ilə daha da əsəbiləşən qadın, kafeyə aid stol və stulları yerə aşırır. Bu əsnada oğlan, hadisə yerinə gələn polis əməkdaşlarının arxasında gizlənir.
Mübahisənin sonu nə ilə nəticələndiyi barədə məlumat verilmir. (Avtosfer.az)

 

Videonu izləyə bilmək üçün aşağıdakı linkin üzərinə basın:

 

https://www.iha.com.tr/video-sokak-ortasinda-kadindan-erkege-siddet-135635/

 

Gununsesi.org