“Qaçqınkom”dan təkzib: "ƏLİ HƏSƏNOVUN LİMİTİN LƏĞVİ İLƏ BAĞLI QƏRARI YOXDUR"

  • By admin
  • 14 Yanvar 2017 13:35

eli hesenov

Məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.

Gununsesi.info-nun dünən yazdığı xəbərə görə, məcburi köçkünlər üçün tətbiq edilən elektrik, qaz və su güzəşt limiti bu gündən ləğv olunub. Bundan sonra həmin limitlərin pul ekvalenti şəklində köçkünlərə ödəniləcəyi bildirilir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Gununsesi.info-nun redaksiyası ilə əlaqə saxlayıb. O bildirib ki, yayılan məlumatlar doğru deyil: “Komitə sədri Əli Həsənov bununla bağlı hər hansı bir qərara imza atmayıb. Hazırda limitin ləğvi ilə bağlı qərar yoxdur”.

Gununsesi.info