Qəza baş verən hava limanında uçuşlar bərpa edildi

  • By admin
  • 06 Fevral 2020 09:40

İstanbulun “Sabiha Gökçen” aeroportu fəaliyyətini bərpa edib.

Gununsesi.org “Haber7”yə  istinadən xəbər verir ki, təyyarələrin hərəkət qrafikində və sərnişinlərin uçuş saatında dəyişiklik yoxdur.

Qeyd edək ki, ötən gecə İstanbulun “Sabiha Gökçen” hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində qəza baş verib.

Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Gununsesi.org