Qətərə yeni baş nazir təyin edildi

  • By admin
  • 28 Yanvar 2020 21:47

Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani hazırkı Baş nazir Abdullah bin Nasir ben Xəlifə Al Taninin istefasını qəbul edərək Nazirlər Kabinetinə yeni rəhbər təyin edib.

Qətər dövləti əmirliyinin dəftərxanasından verilən məlumatda qeyd olunur ki, Qətər dövlətinin başçısı Xalid bin Xəlif Al Tanini yeni hökumətin başçısı təyin edib.

Gununsesi.org TASS agentliyinə istinadən məlumat verir ki, Abdullah bin Nasir Xəlifə Al Tani əmirliyin hökumətinə 2013-cü ildən rəhbərlik edirdi.

 

Gununsesi.org