Qənirə Paşayevə Türkiyə səfirini qəbul edib - FOTOLAR

  • By admin
  • 18 Mart 2020 22:14

Martın 17-də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.

Cənab səfir komitənin sədri Qənirə Paşayevanı bu vəzifəyə seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edib və ona qarşıdakı fəaliyyət dönəmində uğurlar arzulayıb. O, Azərbaycanla Türkiyənin iki qardaş dövlət olaraq hər zaman bir-birinin yanında olduğunu, Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinin ölkələrimiz arası münasibətlərdə hər zaman bir deviz kimi qəbul edildiyindən məmnunluğunu ifadə edib. Səfir bildirib ki, Türkiyə prezidenti cənab Rəcab Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycan bizim üçün çox əzizdir və gələcəyə də bir yerdə addımlayacağıq. Türkiyə ilə Azərbaycan arasında bu gün görüləcək çox böyük işlər var. Çünki potensialmız çox böyükdür.

Qənirə Paşayeva öz növbəsində səfir Erkan Özorala dəyərli ziyarəti üçün təşəkkürünü bildirib, Türkiyə dövlətinə və xalqına sevgisini bəyan edib. O, parlamentdə millət vəkili olduğu dönəmdə hər zaman iki ölkənin parlamentləri arasındakı dostluq qrupunun tərkibində olmasından, qardaş ölkə ilə sıx əlaqələrindən bəhs edib.

Komitə sədri bildirib ki, bundan sonrakı fəaliyyətində də mədəniyyət sahəsində münasibətlərimizin dərinləşməsi sahəsində əlindən gələni əsirgəməyəcək. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Gununsesiaz.info