Qəbiristanlıqda tələbəyə təcavüz etdilər

  • By admin
  • 08 Fevral 2020 13:50

Rusiyanın Tambov vilayətində yeniyetmə təcavüzə uğrayıb.

Gununsesi.org REN TV-yə istinadən xəbər verir ki, 16 yaşlı kollec tələbəsi olan qıza təcavüz edilib.

Belə ki, fevralın 3-də dərsdən evə qayıdan qız qəbiristanlığın yaxınlığından keçəndə bir nəfər ona hücum edib.

Həmin şəxs qızı bıçaqla hədələyərək ağacların arasına sürüyüb və ona təcavüz edib.

Hadisə ilə əlaqədar zərərçəkmiş polisə müraciət edib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin kimliyini müəyyən ediblər.

35 yaşlı həmin yerli sakinin daha əvvəl eyni cinayətlə məhkum olduğu müəyyənləşdirilib. Həmin şəxs həbs edilib.

Gununsesi.org