“Qəbələ”dən mövsümün rekordu

  • By admin
  • 08 Mart 2020 18:06

Premyer Liqada 2019/20 mövsümünün rekordu qeydə alınıb.

Gununsesiaz.info xəbər verir ki, “Qəbələ” ən böyük hesablı ev qələbəsinin müəllifi olub. Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib.

5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub.

Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.

Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.

 

 

 

Gununsesiaz.info