“Qətnamə, bəyanatlarla yox, danışıqlar yolu ilə bəzi məsələlər həll oluna bilər”- MAHMUD MƏMMƏD-QULİYEVLƏ MÜSAHİBƏ (ÖZƏL)

“Qətnamə, bəyanatlarla yox, danışıqlar yolu ilə bəzi məsələlər həll oluna bilər”

mahmud-memmed

 

Məlum olduğu kimi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların real mərhələsi başlayır. İlkin mərhələdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişiklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq.

Bu arada isə ABŞ və Avropa İttifaqı başda olmaqla, dünyanın bir sıra beynəlxalq təşkilatları Azərbaycanda insan hüquqlarının durumundan narahatlığını ifadə etməkdədir. Özəlliklə son olaylar ölkəmizi yenidən tənqid hədəfinə çevirib.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev mövzu ilə bağlı Gununsesi.info-nun suallarını cavablandırıb.

 

  • Mahmud müəllim, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdən danışılanda ilk olaraq, viza məsələsi qabardılır. Hazırki mərhələdə danışıqlar necə gedir? İmzalanacaq sazişin detalları nədən ibarətdir?
  • Azrbaycanla Avropa İttifaqı arasındakı münasibətlər yeni deyil. Biz bu qurumla uzun illərdir ki, əməkdaşlıq edirik. Hazırda bu əməkdaşlığı yeni bir mərhələyə keçiririk. Yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən hazırki müzakirə edilən saziş Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri daha da yaxınlaşdıracaq.

Sualınızın digər hissəsinə gəlincə, vaxt gələcək, Azərbaycan vətəndaşları da Avropaya vizasız gedəcək.  Bunun üçün müəəyən işlər görülməlidir. Ona görə də zamanı gözləmək lazımdır.

  • Son zamanlar Azərbaycan insan hüquqlarının durumuna görə tənqidlərlə üzləşir. ABŞ Dövlət Departamenti, Avropa İttifaqından da bəyanatlar gəlib. Bu tənqidləri bölüşürsünüzmü?
  • Belə tənqidlər var, eşidirik. Bəzi məsələləri qəbul edirik. Amma elə məsələlər var ki, onları bölüşmürük. Bizim mövqeyimiz ondan ibarətdir ki, hansısa nəticəyə gəlinməsi üçün qətnamələr, bəyanatlarla iş həll olunmur. Burada dialoq, söhbətlər lazlmdır. Hər şeyə pis deməklə məsələ həll olunmur. Oturmaq və qarşılıqlı şəkildə problemləri müzakirə etmək lazımdır. Bu müzakirələrin nəticəsi olaraq,  hansısa addımlar da atılar.

Biz idda etmirik ki, insan hüquqları sahəsində ideal vəziyyət var. Dünyanın heç bir dövləti bunu iddia edə bilməz. Elə,  Avropa İttifaqına daxil olan ölkələr də deyə bilməz ki, insan hüquqlarını ideal şəkildə qoruyuruq.

mmm

  • Amma bəzi beynəlxalq qurumlar Azərbaycanı Avropa ölkələri ilə deyil, Şimali Koreya ilə müqayisə edir…
  • Artıq bu, absurddur. Azərbaycanla Şimali Koreyanı müqayisə etmək ağlasığmazdır. Ölkəmizdə hüquqi, demokratik dövlət qurulub. İfadə azadlığı var, azad media fəaliyyət göstərir, müstəqil məhkəmə sistemi yaradılıb.
  • İfadə azadlığı demiş, Azadlıq radiosu və eyniadlı qəzetin internet səhifələri bloklanıb…
  • Bildiyim qədər bu məhkəmə qərarı ilə edilib. Bununla bağlı problemin həlli üçün məhkəmə instansiyaları var. Həmin KİV-lər problemin həlli üçün məhkəmələrə üz tutsun.
  • Azərbaycan həm də siyasi məhbusların çoxluğuna görə tənqid edilir. Avropa İttifaqı ilə saziş imzalamağa hazırlaşan bir ölkə bu problemi həll edəcəkmi?
  • Siyasi məhbus anlayışını qəbul etmirik. Bu, bir qrup qüvvələrin təzyiq mexanizmidir. Biz yenə də təkrar edirik, bütün məsələlər danışıqlarıa həll olunmalıdır. Təzyiqlərlə Azərbaycanı nəyəsə vadar etmək olmaz.

Pərviz Həşimli

Gununsesi.info

COMMENTS