Qəssabı yolda bıçaqlayıb, 2500 manatını apardılar

Qəssabı yolda bıçaqlayıb, 2500 manatını apardılar

img2234142

 

Xətai rayonunun NZS qəsəbəsi ərazisində qanlı olay baş verib.

Gununsesi.info xəbər verir ki, işlədiyi ət dükanından çıxıb yaşadığı evə gedən 41 yaşlı Bəxtiyar Rəsulov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xəstəxanaya gətirilən yaralıya tibbi yardım göstərilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dindirilən Rəsulovun sözlərinə görə, hadisə zamanı üzərində 2500 manat pul olub. Qarşısını kəsən tanımadığı şəxs onu bıçaqlayandan sonra həmin pulu da götürərək ərazidən qaçıb. Hadisəni törədənin kimliyi aparılan əməliyyat axtarış tədbirlərindən sonra məlum olacaq.

 

Fakt araşdırılır.

 

 

Gununsesi.info

 

COMMENTS