Putinin yenidən prezidentliyə namizədliyi gözlənilir: Rusiya konstitusiyaya dəyişikliklərə doğru

  • By admin
  • 22 İyun 2020 13:39

Vladimir Putin seçicilərin konstitusiyaya dəyişikliklərə səs verdiyi halda yeni müddətə Rusiya prezidenti seçilməsini nəzərdən keçirə bilər. Rusiya xəbər agentlikləri bu haqda prezidentin bazar günü verdiyi müsahibəsinə istinadən məlumat verib.

Rusiyada iyun ayının 25-dən iyulun 1-ə qədər ölkə boyu konstitusiyaya dəyişikliklərə dair səsvermə keçiriləcək. Bu dəyişikliklər arasında Putinin hazırkı müddəti 2024-cü ildə bitəndən sonra altı illik müddətə yenidən seçilməsinə imkan verən düzəliş də daxildir.

Opponentlər bu dəyişikliklərin Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalması üçün hazırlandığını deyir. Kreml isə parlamentin rolunun gücləndirilməsi, sosial siyasət və dövlət idarəçiliyinin yaxılaşdırılması üçün dəyişikliklərə ehtiyac olduğunu bildirir.

“Mən konstitusiyada ortaya çıxsa, bu vəzifəyə namizəd olmağımı istisna etmirəm. Baxarıq. Mən hələlik özüm üçün heç bir qərar verməmişəm”, Putin dövlət televiziyası ilə nümayiş etdirilən müsahibəsi zamanı bildirib.

Rusiyada səsverməyə çıxarılan və artıq parlament və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş dəyişikliklərlə Putinin prezidentlik müddətinin sıfıra endirilməsi nəzərdə tutulur. Konstitusiyada hazırkı məhdudiyyətlərlə onun yeni müddətə seçilməsinə imkan verilmir.

Konstitusiyaya dəyişikliklərin səsvermə zamanı qəbul ediləcəyi gözlənilir.

İyurmi ildir hakimiyyətdə olan 67 yaşlı Putin yenidən namizəd olmadığı halda, varis axtarışlarına başlanılacağını və bunun diqqəti “ritmik işdən” ayıra biləcəyini deyib.

“Əgər bu, olmasa, onda təxminən iki ildən sonra – mən bunu öz şəxsi təcrübəmdən bilirəm – hökumətin bir çox səviyyələrində normal ritmik iş mümkün varis axtarışı ilə əvəz ediləcək”, İnterfaks agentliyi onun sözlərinə istinadən məlumat verib.

“Biz işləməliyik, varislər axtarmamalıyıq”, Putin bildirib.

Gununsesi.org