Rusiya paytaxtında azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevin səhmdarı olduğu “Sadovod” bazarı, “Moskva” ticarət mərkəzi, eləcə də “Fud Siti” aqroklasterində “Rosqvardiya”nın əməkdaşları tərəfindən aparılan axtarışlarla bağlı yeni detallar məlum olub.
“Gununsesi.org” “Novaya qazeta”ya istinadən xəbər verir ki, DİN-in iqtisadi cinayətlərə qarşı mübarizə İdarəsinin əməkdaşları miqrasiya qanunvericiliyi sahəsində cinayətlərin qarşısının alınması yönündə tədbirlər çərçivəsində bu obyektlər mühasirəyə alındıqdan sonra içəri daxil olublar. Uzun müddət davam edən reydlər nəticəsində onlarla insan saxlanılıb, 19 nəfər barəsində miqrasiya qanunvericiliyinin pozulmasına görə protokol tərtib edilib. Qeyd olunur ki, saxlanılanlardan biri öz ölkəsində hərbi xidmətdən yayınıb və axtarışda imiş.
Görüşün qapalı hissəsində isə o, nağd pulların qeyri-leqal dövriyyəsinin əsasən “Moskva”, “Sadovod” və “Fud Siti” bazarlarında həyata keçirildiyinə dair məlumat verərək bildirib ki, bu məbləğ 245 milyard dollar təşkil edir.