Putin, Merkel və Olland arasında telefon danışığı olub

  • By admin
  • 18 Yanvar 2017 22:07

putin-merkel-olland-0

 

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandarasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı “Minsk-2” razılaşmasının yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

“Tərəflər Ukrayna böhranının həlli kontekstində ümumi vəziyyətlə əlaqədar narazılıqlarını  bildiriblər. Donbasda təmas xətti boyunca vəziyyətin pisləşməsi, eləcə də təmas qrupunun fəaliyyətinin lazımı nəticə vermədiyi vurğulanıb. Ukraynanın cənub-şərqində gərginliyin azaldılması istiqamətində səylərin artırılmasının, “Minsk-2” razılaşmasının müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb”, məlumatda deyilir.

Putin, Merkel və Olland həmçinin “Normand dördlüyü” çərçivəsində fəaliyyətlərini intensivləşdirməyi qərara alıblar. Bununla bağlı müxtəlif səviyyəli birgə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Gununsesi.info