Lumuzinlər Təl-Əvivə hələ yanvarın 20-dən 4 “İl-76” markalı böyük nəqliyyat təyyarəsi ilə gətirilib…
Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Holokost beynəlxalq forumunda iştirak etmək üçün İsraildə səfərdədir.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, Fələstinin “Maan” agentliyinin yaydığı məlumata görə, Rusiya lideri yəhudi ölkəsinə 200 nəfərlik nümayəndə heyəti ilə gəlib. Putin başda olmaqla həmin heyəti Təl-Əvivin Ben-Qurion hava limanına 5 təyyarə çatdırıb.
Ukrayna mediasının yaydığı xəbərdə isə deyilir ki, rus nümayəndələrini Rusiya liderinin kortejində daşıyacaq lumuzinlər hələ yanvarın 20-dən 4 ədəd “İl-76” markalı böyük nəqliyyat uçağı ilə İsrailə gətirilib. Onların arasında Putinin son vaxtlar özü ilə dünyanı gəzdirdiyi məşhur Rusiya limuzuni də var.
****
Rusiya Prezidenti Vladimir Putin İsraildə səfərdədir.
Gununsesi.org xəbər verir ki, Vladimir Putin 5-ci Ümumdünya Holokost Forumu ərəfəsində İsrailin Təl-Əviv şəhərinin aeroportuna enib.
5-ci Ümumdünya Holokost Forumu bu gün başlayacaq.
Qeyd edək ki, onlarla dünya lideri Osventsim konslageri dustaqlarının azad edilməsinin 75 illiyini qeyd etmək, antisemitizm və Holokostun inkarına dözümsüzlüyü bildirmək üçün Qüdsdə toplanırlar.