Putin bu iki şəxsi özünə yeni köməkçi təyin etdi

  • By admin
  • 24 Yanvar 2020 11:25

Rusiya Prezidenti Vladimir Putin iki yeni köməkçinin təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, fərmana əsasən, Vladimir Medinski və Maksim Oreşkin prezidentin köməkçiləri təyin olunub.

Bundan başqa, Baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

 Qeyd edək ki, Vladimir Medinski bundan əvvəl Mədəniyyət naziri, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri vəzifələrində çalışıb.

Gununsesi.org