“Prezidentlərin görüşünü təşkil etmək elə də asan deyil” - Ceyms Uorlik

  • By admin
  • 22 Oktyabr 2016 12:30
cms-image-000017762
İlham Əliyevlə Serj Sərkisyanın növbəti görüşü ilə bağlı hələlik razılıq əldə edilməyib.
Gununsesi.info  xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik  bu gün Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsinin yeri, vaxtı haqqında razılıq əldə olunmayıb. Azərbaycan Prezidenti artıq Serj Sarqsyanla görüşə hazır olduğunu bildirib. Biz bunu alqışlayırıq”– deyə, amerikalı diplomat vurğulayıb.
Diölomat əlavə edib ki, Bakıda və irəvanda keçirəcəyimiz görüşlərdə prezidentlərin qısa zamanda növbəti görüşünün təşkil olunmasını müzakirə edəcəyik: “Çünki prezidentlər səviyyəsində keçirlən görüşlərdə  bütün məsələləri müzakirə etmək və tərəflərin mövqeyini bilmək  üçün yaxşı imkanlar yaranır. Orada həm ərazilərin işğaldan azad olunması,  Dağlıq Qarabağın gələcək statusu, məcburi köçkünlər və qaçqınların öz ata yurdlarına qayıtması və digr məsələləri  daha detallarınadək müzakirə etmək imkanı yaranır”. 
Bununla belə diplomat əlavə edib ki, münaqişə edən tərəflərin dövlət başçılarının belə bir görüşünü təşkil etmək  elə də asan deyil, bunun üçün müəyyən vaxt tələb olunur. 
Mürtəza 
Gununsesi.info