Prezidentdən Gəncədə İdman Sarayı tikintisi ilə bağlı SƏRƏNCAM

  • By admin
  • 24 İyun 2020 16:55

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Gununsesi.org bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.

Gununsesi.org