Prezident Putin Ərdoğana başsağlığı verib

  • By admin
  • 25 Yanvar 2020 18:02

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.

“Rusiya xalqı zəlzələdə ailələrini və yaxınlarını itirənlərin acısını və kədərini bölüşür, xəsarət alanların hamısının tezliklə sağalacağına ümid edir”, – deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı

Gununsesi.org