Prezident onu “Heydər Əliyev” ordeni ilə təltif etdi – SƏRƏNCAM

  • By admin
  • 03 Fevral 2020 17:14

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Gununsesi.org