Prezident məşhur aparcıdan prokurorluğa şikayət etdi

  • By admin
  • 07 Aprel 2020 11:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aparıcı Fatih Portakalı sosial mediada yalan və manipulyasiya xarakterli paylaşımlar etməsi ittihamı ilə İstanbul Baş Prokurorluğuna şikayət edib.
Gununsesi.org xəbər verir ki, İstanbul Baş Prokurorluğuna göndərilən şikayətt ərizəsində Portakalın Tvitter hesabında paylaşdığı ifadələrlə Rəcəb Tayyib Ərdoğanı “təhqir etdiyinə” görə, Türkiyə Cinayət Məcəlləsinin 299/1-2 nömrəli maddəsinə əsasən, barəsində təhqiqat aparılması və cinayət məsuliyyətinə cəlb olunması tələb olunub.
Qeyd edək ki, aparıcı Fatih Portakal öz sosial şəbəkə hesabında Türkiyə Prezidentinin koronavirusla mübarizə çərçivəsində başlatdığı yardım kampaniyasına dair bir sıra tənqidi paylaşımlar etmişdi.

Gununsesi.org