Prezident Lukaşenko müxalifətdən xahiş etdi: “Mənə “bığlı tarakan” deməyin”

  • By admin
  • 23 İyun 2020 13:00
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko müxalifət nümayəndələrinə hazırkı dövlət başçısını təhqir etməməyi və qarşıdakı seçkilər fonunda reytinqini qəsdən düşürməməyi xahiş edib.
Gununsesi.org Qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda Lukaşenko Brestə səfəri zamanı müxalifətlə görüşündə deyib.
“Sizi hansısa problemlər narahat edirsə, onları deyin. Eşidin: o problemləri məndən və indiki hökumətdən başqa heç kim həll edə bilməz. Siz artıq köynəklərinizdə “Saşa 3%” yazmısınız. Doğurdanmı indiki prezidentin cəmi üç faiz reytinqi olduğuna inanırsınız? Buna görə də bizə toxunmayın. Heç vaxt təhqir də etməyin”, – prezident deyib.
“Bığlı tarakan, nə bilim nə… Mən hələ ki bu respublikaya rəhbərlik edirəm, heç bir ölkədə insanları təhqir etməyə icazə verilmir. Axı mən şəxsən heç birinizi təhqir etməmişəm”, – Lukaşenko əlavə edib.

Gununsesi.org