“Prezident hər gün saat 9-dan iş başındadır” - YAP-dan açıqlama

  • By admin
  • 03 Sentyabr 2019 12:59

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov “Amerikanın Səsi” radiosuna açıqlamasında bildirib ki, İlham Əliyevin səhhətində hər hansı problem yoxdur, hər gün iş başındadır:

“Mən rəsmi şəkildə Yeni Azərbaycan Partiyasının adından və öz adımdan bəyan edirəm ki, İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O hər gün səhər idman edir və saat 9-dan iş başındadır. Bu düşmənlərin yaydığı yalandır,” o qeyd edib.

Gununsesi.org