Portuqaliyada yeniyetmə koronavirusun qurbanı oldu

  • By admin
  • 30 Mart 2020 08:59

Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirus səbəbindən vəfat edib.

Gununsesi.org bildirir ki, “Efe” agentliyi xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Naziri Marta Temido bildirib.

Qeyd edək ki, Portuqaliyada təxminən altı min insan koronavirusa yoluxub. Onlardan 119 nəfəri xəstəlikdən vəfat edib.

Nazirin sözlərinə əsasən, həmin oğlan Aveyru əyalətinin Ovar şəhərində yaşayıb.

Yeniyetmə immun çatışmazlığından əziyyət çəkirmiş.

Gununsesi.org