“Pop Kraliçası” Madonnadan hikmətli və qalmaqallı fikirlər

  • By admin
  • 11 İyul 2019 15:16

Vizzellinin araşdırmasına görə, “Pop Kraliçası” ləqəbli Amerika müğənnisi, akrisa, rejissor, bəstəkar, rəqqasə, modelyer və prodüser, yazıçı Madonna tarixdə həm müğənnilərə, həm də adi insanlara ən çox təsir edən qadınlardan biridir. Dünyanın ən çox qazanan sənətçilərindən olan ulduz mahnılarında müxtəlif mövzulara toxunması, tez-tez fərqli üslublardan istifadə etməsi, yaradıcı və yenilikçi olması ilə digərlərindən həmişə fərqlənir.

Gununsesi.org bu yazıda gələn ay 61 yaşını qeyd etməyə hazırlaşan Maddonanın hikmətli və bir o qədər sensasiyalı fikirləri ilə tanış edir.

“Çoxları nə istədiyini deməyə utanır. Məhz buna görə, onu əldə edə bilmir”.

“Hərdən güclü olmaq, heç bir şey etməmək, yaxud da əksinə, səy göstərmək zəiflik əlaməti kimi qəbul olunur. Mənim üçün güc nəticə etibarı ilə müdriklikdir.

“İnsan hetero, bi və ya homoseksual ola bilməz. O, ya sekseuldır, ya da yox”.

“Güclü ol, azadlığa və Tanrıya inan, özünü sev, cinsəlliyi anla, yumor hissinə malik ol, masturbasiya et. İnsanları dini, rəngi, irqi ayrıseçkilik və ya cinsəl seçimlərindən dolayı ittiham etmə, həyatı və ailəni sev”.

“Çədkiyim acını başqa uşaqlarla müqayisə etmək istəmirəm, amma 6 yaşımdaykən anam öldü. Çəkdiyim acı o qədər dərin idi ki, ifadə edə bilmərəm… Odur ki, ailələrini itirən uşaqlarla aramda bir əlaqə olduğunu hiss edirəm. Ailənizi itirəndə, yönünüzü də, həyatdakı hədəf nöqtələrini də itirirsiniz və öz-özünüzə “Aman tanrım, gələcəyim yoxdur” deyirsiniz. Bu uşaqları gördüyüm zaman ata-analarını və evlərini itirdikləri halda necə olur ki, hələ də gülümsəyə bildiklərini düşünürəm. Başa düşürəm ki, hər hansı mövzuda özümü pis hiss etməyə haqqım yoxdur. Və bir daha həyata təşəkkür edirəm”.

“Əgər inandığın hədəf üçün mübarizə aparmağa hazır deyilsənsə, rinqdən içəri belə girmə”.

“Həmişə inanmışam ki, işim insanları oyandırmaqdır. Fəqət onları oyatmaq yetərli deyil. İnsanları oyandırmalı və onlara bir yön verməlisiniz. Onları oyandırmalı və həyatın öhdəsindən gəlmək üçün vasitələr verməlisiniz. Onları oyandırmalı və əllərinə çözüm yolu verməlisiniz. Əks halda, yenidən yuxuya dalacaqlar”.

“Həyat öz axarı ilə davam edərkən cəsarətli olmaq mənim üçün adiləşdi”.

“Həyatdakı işim kimə və ya niyə səsvermək deyil. Önəmli olan odur ki, özün və ətrafında olan insanların məsuliyyətini daşıya biləsən. İnsanların onlara dövlətin baxdığını, qayğı göstərdiyini və qoruduğunu düşünmək ağılsızlıqdır”.

“Azadlıq döyüşçüsüyəm. Şoularım, mahnılarım, işim və sənətim – hamısı ifadə azadlığı üçündür”.

“Seks sadəcə bədənlərin təbii ehtiyacının ödənilməsi deyil, həm də ruhların ibadətidir. Cisnəlliyi azad şəkildə yaşaya bilməyən insanın həyatı haqqında parlaq fikir söyləmək çətindir”.

“Əgər etdiyim hər işi göründüyü kimi qəbul etsəniz, dəhşətə gələrsiniz. Ya gözünüz qorxar, ya qürurunuz qırılar. Ya da sıxılarsınız”.

“Bədənim narkotikə qarşı müqavimət göstərmək gücünə malik deyil. Sonra özümü bərbad hiss edirəm. Məni günlərlə süründürür, həyatımda belə bir əziyyət çəkmək istəmirəm. Bu əzablar üçün ona pul verməyə dəyməz. 20 yaşımda ilk dəfə narkotik çəkdiyim illərdə belə çox istifadə etmədim. Mən rəqqasəyəm, bədənimi məhv etmək istəmirəm. İstəyirəm ki, fiziki baxımdan özümü yaxşı hiss edim. Yəni şüurunu itirmək, bütün gün yataqda qalmaq, ağlın uçması kimi fikirlər mənim üçün heç vaxt normal olmayıb”.

“Hamımızın qanı eyni rəngdə axır, hamımız sevmək və sevilmək istəyirik”.

“Anamın ölümü mənə uşaq ikən böyük bir sirr kimi görünmüşdü və bunu heç kim açıqlamamışdı. Anamla bağlı xatırladığım əsas xüsusiyyət çox kübar və zərif olması idi. Gözümdə mələk kimi görünürdü, zənnimcə, 5 yaşında hər kəs anasının bir mələk olduğunu düşünür. Çox dindar olduğunu da bilirdim. Odur ki, bizi niyə atıb getdiyini heç vaxt başa düşə bilmədim. Bu, mənə qarşı haqsızlıq idi. Onun yalnış bir iş gördüyünü düşünməmişdim. Bu səbəbdən də tez-tez özümə sual verirdim ki, harda səhv etmişəm”.

‘‘Popüler oldum ve gözden düştüm, başarılı ve başarısız oldum, sevildim ve nefret edildim. Bütün bunların ne kadar anlamsız olduğunu anladım. Bu yüzden risk almaktan çekinmiyorum.’’

“Siyasətlə məşğul olan insanların cahilliyi dünyanın ən böyük problemidir. Bu mürəkəb bir vəziyyətdir… Hesab edirəm ki, siyasətçilər ruhanilər kimi özünü həsr etməlidir, əks halda, insanlar bu planetdə ideal sülhə və təbiətə nail ola bilməyəcək”.

“Heç zaman həyatı boşa yaşamadım, keçmişdə yaşadığım çətinlikləri unutmadım … Əlimə keçən hər fürsəti beyin və bədən gücümlə dəyərləndirdim. Bütün bunların yekununda xoşbəxtəm, ancaq öyrənməyin, araşdırmağın və inkişafın sonu yoxdur”.

“Zövqləri başqasının icazəsindən asılı olan insan zavallıdır”.

“Xüsusilə bu ölkədə olduqca məşhur bir şəxs olmaq – müəyyən bir müddət yalnız insanların razılığı daxilində istədiyini edə bilirsən. İnsanlar sənin üzərindən yaşayır, sən olmaq və sənin etdiklərini etmək istəyir, amma bu heç vaxt davam edə bilməz. Bunun üçün özünü tükətmək və ya başındakı fikirlərin bitməsi lazımdır. Evlənib uşaq doğmaq və ya kökəlmək lazımdır. İçki, ya da narkotik problemin olmalıdır. Realibitasiya mərkəzlərində yatmalısan ki, insanlar sənə acıya bilsin. Ya da ən asan yolu – özünü öldürməlisən. Əslində, bütün bunların heç biri baş vermədiyi üçün insanlar “karyerası bitdi, indi də özü bitdi, o, bacarıqsızdır” deyə açıqlamalar edir. Ancaq bunlar qulaqda qiymətləndirmədən çox, dilək kimi səslənir”.

“Dəyişməyə inanmasaq, həyata da inanmarıq. Zaman var olduqca dəyişikliyə qarşı çıxmaq axmaq və boş bir çabadan o tərəfə keçmir. Bəli, dəyişməyən nələrsə var, amma dəyişmək anlayışı həyatın özüdür”.

“İnsanları düşünməyə təşviq etmək həmişə yaxşıdır. Bir perspektiviniz yoxdursa, insanlar üçün ilham mənbəyi və ya örnək ola bilməzsiniz”.

“Əgər xoşbəxtliyiniz başqalarının gördüyünüz hər işi təsdiqləməsindən keçirsə, uğursuz olmağa məhkumsunuz”.

“Hamilə qaldığımı öyrəndiyim andan etibarən həyata fərqli bir gözlə baxmağa başladım. Birdən “Tanrım, indi başqasını düşünməyə məcburam” deyə dərk etdim. Əgər uşağınız varsa, anarxist ola bilməzsiniz. Üsyankar ola bilərsiniz, amma qərar verməzdən əvvəl yaxşı-yaxşı düşünməlisiniz. Uşağım olduğu üçün artıq edə bilməyəcəyim bir sürü şey var. Artıq sən anasan, bunun geri dönüşü yoxdur. Əslində baxsanız, cinsi üsyanın bütün təzahürlərini tətbiq etdim. Yəni edəcək başqa bir şey də qalmadı”.

“Nə zaman haqqımda xəbər çıxsa, adımın yanında yaşımı da qeyd edirlər. Bu, ona bənzəyir ki, “Budur Madonna, amma yaşını unutmayın” , ya da “Gəlin bunu hər kəsə xatırladaq, onu cəzalandıraq” deyirlər. İnsanlara yaşı ilə təzyiq göstərir və məhdudlaşdırdılar “.

“Boşanmışam, Nyu-Yorkda yaşayıram. Özümü dörd mükəmməl uşaqla müqəddəsləşdirdim. Onlara qutunun kənarında düşünməyi və cəsarətli olmağı öyrətməyi çalşıram. Seçdikləri işi hər kəs etdiyi üçün deyil, doğru olduğunu düşündükləri üçün seçməyi öyrədirəm”.

“Ben bir özgürlük savaşçısıyım. Şovum, şarkılarım, işim, sanatım hepsi ifade özgürlüğü için”

“Populyar oldum və gözdən düşdüm, uğurlu və uğursuz oldum, sevildim və nifrət edildim. Bütün bunların nə qədər əhəmiyyətsiz olduğunu anladım. Odur ki, riskdən qorxmuram”.

“Həyatdan məna qopartmağın ən yaxşı yollarından biri də rahatlıq sahəsindən çıxıb özünə meydan oxumaq və çətin sınaqlardan keçməkdir. O sınaqlarda balıq kimi üzün… İçindən çıxa bilsəniz, müvəffəqiyyət hissi sizə nəfəs almağa kömək edəcək. Əgər çıxa bilməsəniz, narahat olmayın, eqonuz bu vəziyyəti əsla qəbul etməyəcək və bir çıxış yolu tapmağa başlayacaqsınız. Sıxılmaqdan necədir?”.

“Yüksəyə özümü büstqalterin rezini ilə dartıb qaldırdım”.

“Həyatımda xoşagəlməz və dəhşətli hadisələr olub. Amma istəmirəm ki, insanların mənə yazığı gəlsin, çünki özümə yazığım gəlmir”.

“Həyat mənə nə öyrətdi? Güzəştə getməyi. Bu, zəiflik göstərmək demək deyil: Mən anladım ki, insanlara təzyiq göstərə və onları qorxutmağa qadirsiniz, ancaq öz istədiyinizə daha incə üsullarla da nail ola bilərsiniz”.

“Alovun arasından getməyə üstünlük verirəm, ondan yan keçməyə yox”.

“Müvəffəqiyyətim məni təəccübləndirmir, çünki o, əziyyətlərin yekunu olaraq doğulub, göydən düşməyib”.

“Görünüş aldadıcıdır. Uşaqlıq dövründə mən çalışqan tələbə, ağıllı bir uşaq idim. Atamla dalaşmır, narkotik qəbul etmir və dərsdən qaçmırdım. Amma 30 yaşında sanki zəncirdən qırıldım”.

“Fiziki gözəllik möhtəşəmdir, amma keçicidir. Hədəflərinizə nail olarkən yaranan özgüvən dünyadakı ən gözəl hissdir”.

“Səni başa düşmələri üçün cazibədar olmaq lazım deyil, bunun üçün varlı və məşhur olmalısan. Sadəcə sahib olduqlarından daha çoxunu verməyə məcbursan”.

“Düzgün həyat adlandırdıqları şeyə nifrət edirəm. Əgər məndən nəyisə gözləyirlərsə, mən məhz əksini etmək istəyirəm”.

“İnsan materialdır, ondan gözəl bir paltar da, döşəmə əskisi də çıxa bilər”.

“Əgər sağ qalmaq və uğur qazanmaq istəyirsinizsə, yalnız başınızla deyil, dişiniz və dırnağınızla da çalışın. Mən bunu etdim, bir çoxları düşünür ki, bütün bunlar məni bir ifritəyə çevirdi”.

“Ailə institunun nə qədər köhnə və axmaq olduğunu başa düşmək üçün hər kəs heç olmasa bir dəfə evli olmalıdır”.

“Sırğa yox, qadını pul gözəlləşdirir”.

“Çox işgüzaram, gecələr yuxusuz qalıram. Hakimiyyətə meylliyəm. Bu səbəbdən də subayam, belə bir qadının yanında kim qalmaq istəyər ki?”

“Həyatda ən mühüm şey uşaqdır. Məhz uşaqların gözündə real dünyanı görə bilərik”.

“AİDS 20-ci əsrdə Hitlerdən sonra baş verən ən pis hadisədir”.

“Həmişə düşündüyümü deyirəm və bu vərdişimi dəyişmək fikrim yoxdur”.

“Sevdiyiniz kişi olmadan gülləri neyləyirsiniz? Əksi daha yaxşı deyilmi?”

“Bu ad – Madonna ilə necə başqası ola bilərdim. Məndən ya rahibə çıxarda, ya da nə olubsa, o. Başqa variantlar yox idi”.

“Pul mənim üçün xüsusi əhəmiyyət kəsb etmir. Nə qədər pulun varsa, bir o qədər problemin var. Şöhrətsə narkotik kimidir, o, sənin daxili boşluğunu doldurur”.

“Heç bir halda mətbuata Argentina prezidentinin büstqalterinin rezininə baxdığını demək olmaz. Xüsusilə Argentinaya qayıtmaq istəyirsinizsə”.

“Bakirəliyi itirməyə, karyera qurmağın üsullarından biri kimi baxırdım”.

“Feminist deyiləm, humanistəm”.

“Uşaq ikən Allaha inanırdım, hərarətli yeniyetmələr kimi. İsa mənim üçün kino ulduzu və əsas kumirim idi. İndi kilsə mənim üçün bir sığınacaqdır, o, mənə insanlarla birləşmək üçün bir vasitə hissi verir. Onun doktrinaları ilə razılaşa, xüsusilə kilsə ayinlərinə qoşula bilmərəm”.

“Sarışın olmaq tamamilə fərqli bir ruhi vəziyyətdir. Bunu dəqiqliklə izah edə bilmərəm, amma sarışın olmaq inanılmaz seksuallıq qazandırır. Kişilər buna həqiqətən reaksiya verir. Açıq rəngli saçları sevirəm, bu, sizi həqiqətən başqa edir. Tünd saçlarda özümü daha çox tarazlaşdırılmış, açıq saçlarda isə daha az realist hiss edirəm”.

“Anladım ki, əgər evdə sadəcə 1 vanna otağı varsa, deməli ailə həyatı uzun çəkməyəcək. Çünki tək olduğun zaman hamamdan kimisə qovmağa məcbur deyilsən”.