Pompeo Özbəkistana səfər edib

  • By admin
  • 02 Fevral 2020 19:20

ABŞ Dövlət katibi Maykl Pompeo Özbəkistana səfər edib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

ABŞ Dövlət katibini Daşkənddə İslam Kərimov adına Beynəlxalq Aeroportda Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov qarşılayıb. M. Pompeo sabah Özbəkistan Prezidenti Şövkət Mirzoyevlə görüşəcək. M.Pompeo ilə keçiriləcək görüşlərdə imzalanmış sazişlərin və 2018-ci ildə Vaşinqtonda Özbəkistan-ABŞ sammitində əldə olunmuş razılaşmaların  həyata keçirilməsi, o cümlədən beynəlxalq məsələlərə dair müzakirələr aparılacaq.

ABŞ Dövlət katibi daha sonra Daşkənddə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşə qatılacaq.

Gununsesi.org