Polşanın milli aviaşirkəti “Thomas Cook”un Almaniyadakı törəmə şirkətini satın alıb

  • By admin
  • 24 Yanvar 2020 19:13

Polşanın milli aviaşirkəti “LOT” iflas edən “Thomas Cook”un Almaniyadakı törəmə şirkəti “Condor”u satın aldığını açıqlayıb.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, satınalmanın maliyyə tərəfləri açıqlanmasa da, prosesin bu ilin aprel ayına qədər yekunlaşdırılacağı bildirilib.

Qeyd edək ki, “LOT” daha əvvəl “Condor” şirkətinin iflasdan xilas olmaq üçün Almaniyanın İnkişaf Bankı (KFW) və federal hökumətdən aldığı 380 mln avro krediti də tam şəkildə geri qaytarılacağını da açıqlayıb.

Xatırladaq ki, 1956-cı ildə qurulan və milyondan çox sərnişin daşıyan “Condor” şirkəti hazırda dünyanın 90 nöqtəsinə uçuşlar təşkil edir.

 

 

Gununsesi.org