Polis rəisinin atası Kəlbəcər köçkünlərinin qoyunlarını yağmaladı- PREZİDENTƏ VƏ DİN RƏHBƏRİNƏ ŞOK MÜRACİƏT /VİDEO

Polis rəisinin atası Kəlbəcər köçkünlərinin qoyunlarını yağmaladı

Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsi Hacıqabulun polis rəisi Məmməd Hüseynovun fermer atası Maarif Hüseynova qarşı oğurluq ittihamı sürüb.

Azərbaycan prezidenti İlham Əliyevə və DİN rəhbəri Vilayət Eyvazova ünvanladıqları video müraciətin  bir surətini də Gununsesi.org-a yollayan köçkünlər bildirib ki,  fermer Maarif Hüseynova məxsus qırxım məntəqəsində onların qoyun sürücü yağmalanıb: “Yun onlarda qalmaq şərtilə qoyunlarımızı qırxıma apardıq. Anidən Qarabağ Atçılıq Kompleksinin rəhbəri Maarif Hüseynov oraya gələrək  “Burada nə qədər qoyun varsa, mənimdir”, – deyib sürümüzü apardı. 

Daha geniş məlumat bu videoda əks olunur.

Bununla belə Maarif Hüseynov Gununsesi.org-a açıqlamasında deyib ki, baş verənlərin məsuliyyəti onun briqadirindədir: “Mənim heyvanlarımı dağıdıb, əvəzində də bu sürünü gətirib. Məndə həmin qoyunları nömrələmişəm. Hazırda məsələni polis araşdırır.

Elmar Elnuroğlu

Gununsesi.org

COMMENTS