Polis “Edik”dən silah götürdü

  • By admin
  • 14 Fevral 2020 11:45

Bakıda kriminal aləmin üzvü saxlanılıb.

Gununsesi.orgun verdiyi xəbərə görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Edik” ləqəbi ilə tanınan, 1964-cü il təvəllüdlü İsmayılov Elçin Nahid oğlu saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

E. İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org