Polis əməkdaşlarını öldürənlər edam edilməlidir - ABŞ PREZİDENTİ

  • By admin
  • 16 May 2019 09:46

ABŞ prezidenti Donald Tramp polis əməkdaşlarını öldürən bütün cinayətkarları edam etməyə çağırıb.

Bu barədə Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, o, bu barədə vəzifə borclarının icrası zamanı həlak olmuş polislərin xatirəsinə həsr edilmiş tədbirdə bildirib.

ABŞ prezidenti qeyd edib ki, polis əməkdaşlarına hücumlar qurtarmalıdır. O, asayiş keşikçilərini qətlə yetirən qatilləri “tez” ölüm cəzasına məhkum etməyitəklif edib.

“Polis zabitini öldürən cinayətkarlar məhkəmə qərarı ilə ölüm cəzasına məhkum edilməlidirlər, amma məhkəmə prosesi sürətli getməlidir”, – deyə Tramp vurğulayıb.

Daha əvvəl ABŞ-da iki polis əməkdaşı cinayətkar tərəfindən güllələnib.