“Polisə sataşsaq, bizi döyməyə haqqı var” - Əməkdar artistdən qalmaqallı açıqlama

  • By admin
  • 11 İyun 2020 11:10

Əməkdar artist Çingiz Əhmədov “3 D” proqramında müzakirələrə səbəb olan açıqlama verib.

Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, aktyor iki günlük küçəyə çıxma qadağası zamanı Yasamalda baş verən hadisəni şərh edib.

“İki gün küçəyə çıxmaq qadağan olundu. İnsanlar eyvandan polislərə zibil atdılar. Gərək hər kəs birinci özünə hörmət etsin ki, sonra ətrafa hörmət etsin. Polislər də bizim qardaşlarımızdır, bizi qoruyan insanlardır. Polis səni haqsız olaraq evdən döyüb niyə çıxarmalıdır? Deməli, nəsə problem yaranıb”,- deyə Ç. Əhmədov bildirib.

Daha sonra o, Dadaş Dadaşlinskinin “polis nə zaman döyəndə haqlı olur?” sualına qalmaqallı rəy verib: “Polisə sataşandan, artıq- əksik danışandan sonra… Biri mən, küçədə kimsə söz desə, cavabını verəcəm. Bir az diqqətli olmaq lazımdır. Hər kəs sözünə, məntiqinə fikir versə, belə şeylər yaranmaz”.

 

 

Gununsesi.org