PKK-da həyəcan siqnalı - 600-DAN ÇOX TERRORÇU QAÇDI

  • By admin
  • 17 Oktyabr 2019 20:46

Suriyanın Rakka və Tabqa bölgələrində terrorçu PKK/YPG-PYD qruplaşmasının zor tətbiqi ilə silahlandırdığı 600 yaxın silahlı terrorçuların sıralarından qaçıb.

Gununsesi.org xəbər verir ki, 40-dan artıq terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim olub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

 

 

Gununsesi.org