Piyada yeriməyin faydaları

  • By admin
  • 23 Oktyabr 2016 22:01

p

 

Hamı yaxşı bilir ki, piyada yerimək ideal çəkiyə malik olmağa, diabet və ürək xəstəliklərindən uzaq olmağa yardım edir və insanın ömrünü uzadır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq piyada yeriməyin başqa faydaları da vardır ki, onlarla tanış olaq.

  1. Şirniyyat yeməyə həris olmazsınız. Şirniyyat satılan dükana getməzdən əvvəl on beş dəqiqə piyada yeriməyə çalışın. Bu əməl sizin şirniyyata olan meylinizi azaldacaqdır. Çünki insan piyada yeriyən zaman beynində qan şəkəri artar və şirniyyat yeməyə həvəsiniz qalmaz.
    2. Əvvəlkindən daha şad olarsınız. İdman etmək sevinc gətirən hormonların – serotoninin ve dopaminin – ifraz olmasına səbəb olur. Əhvalınız yaxşılaşar. Həmçinin çəkiniz normada olar. O insanlar ki, təbiətdə piyada yeriyirlər, daha çox şadlıq və sevinc hissi keçirirlər.
    3. Problemləri həll etmək. İnsanların əksər hissəsi piyada yeriyən zaman problemlərinin həll yolunu tapırlar. Piyada yeriyənlərin 60%-də bu hal görünmüşdür.
    4. Enerjiniz artar. Piyada yerimək oksigenin bədənə daha yaxşı ötürülməsinə yardım edər. Ona görə də beynin fəaliyyəti də yaxşılaşar. Gün ərzində 20 dəqiqə piyada yerimək yorğunluğu 65% aradan aparar.
    5. Ətrafda olan mikroblara qarşı müqavimətli olarsınız. Əgər piayada yeriməyi sevən insanlardansınızsa, immun sisteminiz güclü olar. O zaman ki, xəstə insanla təmasda olarsınız, rahatlıqla xəstələnməzsiniz.
    6. Sizi gümrah edər. Əgər nahar saatı gəlib çatıbdırsa, yeməyinizi bitirəndən sonra əyləşmək yerinə, ayağa qalxıb yeriməyə çalışın. Günorta zamanı yeriməyin faydası çoxdur. Alimlərin nəzərinə görə, günorta zamanı 30 dəqiqə yerimək gün ərzində yaranan sonrakı yorğunluğun qarşısını alar. Sizi daha gümrah edər.

Gununsesi.info