Peşə təhsili üzrə “Dərs vaxtı”nın sabaha olan cədvəli

  • By admin
  • 12 İyul 2020 21:32

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan peşə təhsili üzrə “Dərs vaxtı”nın iyulun 13-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, sabah saat 16:20-də Mehmanxana inzibatçısı ixtisası üzrə – Konsiyerj xidmətlərinin təşkil edilməsi, 16:30-da Heyvandarlıq ixtisası üzrə – Regionda yemçiliyin əsasını təşkil edən bitkilər, 16:40-da Aqroservis mütəxəssisi üzrə – Traktorun hidravlik asma sisteminin iş prinsipi və onlara texniki xidmət, 16:55-də Əməliyyatçı-mühasib ixtisası üzrə – Əsas vəsaitlərin alışı, satışı və silinməsi dərsləri olacaq.

Gununsesi.org