Pentaqon: “İranın raket zərbələri zamanı ABŞ-ın 34 hərbçisi kontuziya alıb”

  • By admin
  • 24 Yanvar 2020 22:22

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində Birləşmiş Ştatların 34 hərbçisi kontuziya alıb.

Gununsesi.org-un xəbərinə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

“Cəmi 34 hərbçiyə kontuziya diaqnozu qoyulub. Daha əvvəl Almaniyaya aparılan səkkiz hərbçi ABŞ-a dönüb və tibbi yardım almaqda davam edir. Küveytə göndərilən bir əsgər isə İraqa qayıdıb”-deyə, o bildirib.

 

Gununsesi.org