Paşinyan 2 generalı qovdu

  • By admin
  • 19 Fevral 2020 18:48

Ermənistan Müdafiə Nazirliyində istefalar olub.

Gununsesi.org xəbər verir ki, baş nazir Nikol Paşinyanın təklifi ilə hərbi polis rəisi, general-mayor Artur Baqdasaryan, həmçinin, mənəvi-psixoloji təminat idarəsinin rəisi Aleksan Aleksanyan istefaya göndəriliblər.

İstefalar Ermənistan ordusunda ilin əvvəlindən qeydə alınan 13 ölüm faktı ilə bağlı atılıb.

Gununsesi.org