Paşinyan əsgərlərin intiharından danışdı: “Pul artanda mübahisələr və “bazarlar” da güclənir”

  • By admin
  • 21 Fevral 2020 12:04

“Ermənistan Ordusunda dinc şəraitdə qeydə alınan hərbçi ölümlərinin səbəbi kriminal submədəniyyətin varlığı ola bilər”.

Gununsesiaz.info “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.

Paşinyan bu mövzuda çox düşündüyünü və ölüm hallarının səbəbləri ilə bağlı bir sıra versiyalarının olduğunu qeyd edib.

“Kriminal submədəniyyətə qarşı mübarizə mənim göstəriş verdiyim miqyasda aparılmadığı üçün iki məsul şəxs tutduqları vəzifədən azad edilib”, – deyə Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, ölüm hallarına hərbçilərin maaşlarının artması da səbəb ola bilər:

“Pul vəsaitinin həcmi artanda mübahisələr və “bazarlar” da güclənir”.

Gununsesiaz.info