Partiyaların MSK-ya hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır

  • By admin
  • 29 Mart 2020 12:26

Gələn həftə – aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

Gununsesi.org-un xəbərinə görə, bu günə qədər Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 29-u MSK-ya maliyyə hesabatı təqdim edib.

Bunlar:

– hakim Yeni Azərbaycan Partiyası (YAP),

– Azərbaycan Naminə Alyans Partiyası,

– Azərbaycan Liberal Partiyası,

– Azərbaycan Xalq Demokratik Partiyası,

– Azərbaycan Sosial Demokrat Partiyası,

– Böyük Quruluş Partiyası,

– Azərbaycan Demokratik Maarifçilik Partiyası,

– Azərbaycan Respublikaçılar Partiyası,

– Azərbaycan Kommunist Partiyası,

– Müsavat Partiyası,

– Klassik Xalq Cəbhəsi Partiyası,

– Müasir Musavat Partiyası,

– Vətəndaş Həmrəyliyi Partiyası,

– Milli Vəhdət Partiyası,

– “Birlik” Partiyası,

– Azərbaycan Milli Demokrat Partiyası,

– Azərbaycan Təkamül Partiyası ,

– Milli Dirçəliş Hərəkatı Partiyası,

– Ana Vətən Partiyası,

– Azərbaycan Milli İstiqlal Partiyası,

– “Qorqud” Partiyası,

– Vahid Azərbaycan Partiyası,

– Azərbaycan Xalq Partiyası,

– “Azərbaycan Mübarizləri” Partiyası,

– Vətəndaş Birliyi Partiyası,

– Demokratik İslahatlar Partiyası,

– Aydınlar Partiyasıdır,

– Azərbaycan Yurddaş Partiyası,

– Demokratik Azərbaycan Dünyası Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

 

 

 

Gununsesi.org