Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi

  • By admin
  • 30 May 2020 14:55

Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Gununsesi.org xəbər verir ki, parlamentin sabahkı plenar iclasında 12 məsələ müzakirəyə çıxarılacaq.

Bundan əvvəl isə 11 məsələnin müzakirə olunması gözlənilirdi.

Gündəliyə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda əlavə edilib.

Təklif edilən dəyişiklik tibbi maska taxmamağa görə cərimələrlə bağlıdır.

Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyənləşir.

Vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

 

 

Gununsesi.org