Parlamentin gənc üzvü seçicilərinə səsləndi – KİMƏSƏ YARDIM VERƏCƏK SƏLAHİYYƏTDƏ DEYİLƏM

  • By admin
  • 09 Aprel 2020 12:00
Milli Məclisin yeni deputatlarından olan Bəhruz Məhərrəmov seçicilərinə səslənib.
Gununsesi.org bildirir ki, buna səbəb isə deputata gün ərzində edilən çoxsaylı şikayətlər olub.
Deputatən qeydlərini təqdim edirik:
“Gün ərzində Hökumətin yardım planına dair durmadan zəng və mesajlar alıram.
Əziz seçici!
Bu məsələ Milli Məclisin həll etdiyi problem deyil. Məsələ ilə Nazirlər Kabineti və dolayısı ilə aidiyyatı nazirliklər məşğul olur.
Bu problem deputatın səlahiyyəti xaricindədir, mən nəyisə dəyişə, yaxud kiməsə yardım verəcək səlahiyyətdə deyiləm!
Yaxud, “142 niyə zənglərə cavab vermir?” kimi sualların da səlahiyyətimə heç aidiyyatı yoxdur.
Anlayıram ki, heç kim kefindən yazmır. Ancaq Siz də məni anlayın.
Səlahiyyətim çatan şey, fikirlərinizi çatdırmaqdır ki, məsələ ilə bağlı kifayət qədər aydın mövqeyimi bildirmişəm və açıq məktubla Hökumətə müraciət etmişəm.

Gununsesi.org