Parlament seçkilərini nə qədər xarici müşahidəçi izləyəcək? – Say açıqlandı

  • By admin
  • 01 Fevral 2020 17:46

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində indiyə qədər 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Gununsesi.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 65 766 nəfərə çatıb.

MSK sədri beynəlxalq müşahidəçilərin 55 ölkəni və 56 təşkilatı təmsil etdiyini vurğulayıb:

“Beynəlxalq müşahidəçilər həm say baxımından yetərincədir, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir”.

Gununsesi.org