Parlament binasına silahlı hücum oldu

  • By admin
  • 30 Yanvar 2020 15:51

Çexiyada parlamentin Aşağı Palatasının yerləşdiyi binaya hücüm olub.

Gununsesi.org Ren.tv-nin ölkənin hüquq-mühafizə orqanlarına əsasən verdiyi xəbərinə istinadən bildirib ki, bir şəxs bıçaqla binaya girmək istəyib.

Bildirilir ki, 31 yaşlı kimliyi məlum olmayan silahlı kişi Deputatlar Palatasının girişlərindən birinin qarşısında mühafizəçiləri bıçaqla hədələyərək içəri girmək istəyib.

O, mühafizəçilər tərəfindən zərərsizləşdirilərək polis məntəqəsinə gətirilib. Hadisə zamanı zərər çəkən olmayıb.

Gununsesi.org