Paralimpiya-2020 də təxirə salındı

  • By admin
  • 23 Mart 2020 16:37

İdmançıların 2021-ci ilə hazırlaşması tövsiyə olunub

Tokioda keçiriləcək Paralimpiya Oyunları-2020 yarışları da məlum Covid-19 böhranı ilə bağlı bu il üçün ləğv edilib.

Gununsesi.org AYNA-ya istinadən xəbər verir ki, beynəlxalq yarışa ev sahibliyi edən Yaponiyanın Baş Naziri Şinzo Abe bu barədə açıqlama verib.

 

Beynəlxalq Olimpiya Komitəsinin birgə qərarı ilə nəticəyə gəlinib və idmançıların 2021-ci ilə hazırlaşması tövsiyə olunub. Yarışın proqramı və gələcək üçün planlar yaxın zamanda Komitə tərəfindən bəyan olunacaq.

 

Qeyd edək ki, Paralimpiya-2020 yarışında iştirakdan ilk imtina edən ölkə Kanada olub.

Gununsesi.org